Mövsümün ilk yarısı bitən kimi "Neftçi"dən istefaya göndərilən rumıniyalı mütəxəssis Adrian Mutunun yeni iş yeri müəyyənləşib.
Fanat.Az xəbər verir ki, o, "ÇFR Kluj" komandasına baş məşqçi təyin olunub.
Bu barədə "Kronika Online" klubun sahibi Nelu Varqaya istinadən məlumat yayıb. "ÇFR Kluj" dünən "Botosani"yə məğlubiyyətdən (0:1) sonra artıq baş məşqçisi Andrea Mandorlinini istefaya göndərib: "Biz ondan qurtulacağıq, bu belə davam edə bilməz! Artıq komandamın belə oyununu izləməyə dözə bilmirəm. Onlar sanki meydanda ölü idilər. Müzakirə olunacaq bir şey yoxdur. Mandorlinidə ünsiyyət problemi var. Onun üçün ən əlverişli şəraiti yaratdım, İspaniyada 5 ulduzlu təlim-məşq toplanışı təşkil etdim. Bu günə qədər maaşları gecikdirmədim. İstədiyi bütün oyunçularla müqavilə imzaladım.
Millimizin sabiq futbolçusu Adrian Mutu ilə razılığa gəlmişik. "CFR Kluj" Mutunun Super Liqadakı ilk komandası olmayacaq, çünki keçən yaya qədər - bir il yarım ərzində o, Buxarest "Rapid"ində baş məşqçi olub".
Mirağa