"Araz-Naxçıvan” daha bir oyunçusunu icarəyə göndərib.
Fanat.Az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Komandanın müdafiəçisi Nihat Qurbanlı bundan sonra MOİK-də çıxış edəcək. Anlaşmaya əsasən, "5 nömrə" mövsümün sonuna - mayın 31-nə qədər Birinci Liqa təmsilçisinin heyətində yer alacaq.
Qeyd edək ki, "Araz-Naxçıvan" bundan əvvəl Bayraməli Qurbanovu "Dİfai"yə icarəyə verib.