Portuqaliyalı ulduz Rikardo Kuarejma 40 yaşında karyerasını davam etdirmək istədiyini bildirib.
Fanat.Az xəbər verir ki, "Record" təcrübəli futbolçunun sözlərini belə çatdırıb:
"Mən həmişə demişəm ki, karyeramı meydanda bitirmək istəyirəm. Görək nə olacaq, karyeram hələ bitməyib. "Beşiktaş"a qayıtmaq da bir ehtimaldır. Mənim sevdiyim klubdur. Bunu bir neçə dəfə demişəm. Ailəm də orada xoşbəxt idi".
Qeyd edək ki, Kuarejma 2010-2012 və 2015-2019-cu illər arasında "Beşiktaş"ın şərəfini qoruyub.
Nahid Məmmədov