Yanvarın 21-də "Jirona" La Liqanın 21-ci turunun matçında "Sevilya" üzərində əzmkar qələbə qazanaraq rəqibini 5:1 hesabı ilə məğlub edib.
Fanat.Az "Opta"-ya istinadən xəbər verir ki, La Liqanın sürpriz kollektivi bu mövsüm hesabda geri düşüb sonradan geridönüş etdiyi matçlarda 22 xal toplayıb.
Mənbənin məlumatına görə, Kataloniya təmsilçisinin bu göstəricisi Avropanın 5 böyük liqasında - Premyer Liqa, La Liqa, Bundesliqa, A Seriya və Liqa 1 klubları arasında ən yaxşı nəticədir.
İkinci göstərici “Liverpul” (22 xal), üçüncü “Real” (16), dördüncü “Auqsburq” və “Barselona”ya (hər birində 15) məxsusdur.
Mirağa