"Nyukasl"ın müdafiəçisi Xavyer Mankilyo Premyer Liqa klubundan ayrılıb İspaniya La Liqasına dönüb.
Fanat.Az xəbər verir ki, “Selta” 29 yaşlı ispaniyalını transfer edib.
Bu barədə məlumatı La Liqa təmsilçisi rəsmi saytı vasitəsilə elan edib.
Mankilyo ilə 1,5 illik müqavilə imzalanıb. Müdafiəçi 2025-ci ilin yayına kimi yeni komandasına məxsus olacaq.
Qeyd edək ki, Xavyer Mankilyo 2017-ci ildən bəri “Nyukasl”da çıxış edib. O, əvvəllər “Atletiko Madrid”, “Olimpik Marsel” və “Liverpul” kimi klubların da formasını geyinib.
Mirağa