İngiltərənin "Çelsi" klubu "Olimpik Lion"da icarədə olan yarımmüdafiəçi Diequ Moreyranı geri çağırıb.
Fanat.Az xəbər verir ki, bu barədə londonluların rəsmi saytı məlumat yayıb.
"Çelsi" 2023-cü ilin yayında "Benfika"dan ayrılan 19 yaşlı portuqaliyalı ilə azad agent kimi müqavilə imzalayıb. Moreyra avqust ayında "mavilər"in heyətində "Uimbldon"la İngiltərə Kuboku matçında debüt edib və az sonra Fransa klubuna icarəyə verilib.
Moreyro Lion klubunda 7 Liqa 1 və 2 kubok matçında iştirak edib.
Mirağa