"Monako"nun prezidenti və sahibi, rusiyalı milyarder Dmitri Rıbolovlev klubdakı payının qismən və ya tam satışının mümkünlüyünü qiymətləndirmək üçün "Raine" investisiya bankını işə cəlb edib.
Fanat.Az xəbər verir ki, informasiyanı "Les Echos" yayıb.
Mənbənin məlumatına görə, maliyyə təhlilindən sonra "Monako"nun satışı baş tuta bilər.
"Raine" daha əvvəl “Çelsi” və “Mançester Yunayted”in satışında iştirak edib.
Rıbolovlev 2011-ci ildə "Monako"nun nəzarət paketini alıb. 57 yaşlı iş adamı 6,4 milyard dollar sərvəti ilə “Forbes” jurnalının Rusiyanın ən varlı adamları reytinqində 26-cı yeri tutur.
Mirağa