İtaliya nəhəngi "Milan" hücum xəttini kimlə gücləndirə biləcəyini müəyyənləşdirib.
Fanat.Az xəbər verir ki, A Seriyası klubu "Nyukasl"dan hücumçu Kallum Uilsonu transfer etmək istəyir.
İnformasiyanı "MailSport" yayıb. Mənbənin məlumatına görə, ingilislər İtaliyadan gələn təkliflə razılaşarsa, futbolçu "Milan"a keçməyə etiraz etmir.
"Nyukasl" daha əvvəl Uilson üçün "Atletiko Madrid"dən gələn icarə təklifini rədd edib.
31 yaşlı forvardın "sağsağanlar"la hazırkı müqaviləsinin müddəti 2025-ci ilin ortalarına qədərdir. Uilson bu mövsümdə 20 oyuna çıxaraq 8 qol vurub. "Transfermarkt" oyunçunu 13 milyon avro qiymətləndirir.
Mirağa