Braziliyalı ulduz futbolçu Duqlas Kosta karyerasını vətənində davam etdirəcək.
Fanat.Az xəbər verir ki, 33 yaşlı vinger "Fluminense" ilə müqavilə imzalayıb.
İnformasiyanı tanınmış insayder Nikolo Skira yayıb. Xəbərə görə, tərəflər 2025-ci ilə qədər müddətə müqavilə bağlayıblar.
Kosta Braziliya klubuna azad agent kimi keçib. Onun son komandası "Los-Anceles Qalaksi" olub.
Duqlas Kosta “Bayern Münhen” (2015-2018, 2020-2021), “Yuventus” (2017-2022) və “Şaxtyor”dakı (2010-2015) çıxışları ilə tanınır.
Mirağa