"Qarabağ"ın braziliyalı yarımmüdafiəçisi Julio Romaonun Macarıstanın "Ferentsvaroş"una keçə biləcəyi ilə bağlı xəbər yenidən aktuallaşıb.
Fanat.Az xəbər verir ki, sözügdən ölkənin KİV-i, konkret "Csakfoci" Romaonun mümkün keçidi haqda məlumat yayıb.
Mənbə yarımmüdafəçinin adının "Ferentsvaroş"un transfer siyahısında qaldığını vurğulayıb.
Bununla belə, Julio Romaonun "Qarabaĝ"da qalıb-qalmayacaĝı bəlli olub. Bunu saytımıza açıqlamasında Aĝdam təmsilçisinin meneceri Asif Əsgərov deyib.
O, adı Macarıstan klubu ilə yanaşı çəkilən braziliyalının iş yerini dəyişməyəcəyini bildirib: "Romaoya bu il təklif gəlməyib. O, "Qarabaĝ"ı tərk etməyəcək".
Nihat