İngiltərənin Premyer Liqa təmsilçisi "Nyukasl" vingeri Migel Almironun transferi ilə bağlı Səudiyyə Ərəbistanının "Əl-Şəbab" klubu ilə ilkin razılığa gəlib.
Fanat.Az xəbər verir ki, bu barədə britaniyalı insayder Ben Yakobs məlumat yayıb.
Xəbərə görə, müqavilə hələ yekunlaşmasa da, 29 yaşlı paraqvaylı "sağanlar"ın heyətində son matçını keçirib.
"Nyukasl" Almironu 2019-cu ilin yanvarında 24 milyon avroya "Atlanta"dan alıb. O, "sağsağanlar" üçün 195 matça çıxaraq 30 qol vurub və 11 məhsuldar ötürmə verib.
"Nyukasl" maliyyə feyr-pley problemlərindən qaçmaq üçün bu qış bir neçə oyunçu ilə ayrılmaq niyyətindədir.
Mirağa