“Barselona”nın qapıçısı Mark-Andre ter Ştegen meydana nə vaxt qayıda biləcəyini deyib.
Fanat.Az xəbər verir ki, 31 yaşlı alman qolkiper bu barədə "Sport.es"-ə danışıb.
“Yəqin ki, iki həftəyə hazır olacam. Özümü yaxşı hiss edirəm”.
Qeyd edək ki, ter Ştegen ötən il Almaniya millisinin düşərgəsində zədələnib və dekabrın əvvəlində belindən əməliyyat olunub.
Təcrübəli qolkiper bu mövsüm bütün turnirlərdə "Barselona"nın heyətində 17 matçda iştirak edib və 15 qol buraxıb.
Mirağa