Rusiya millisi martda iki yoldaşlıq oyunu keçirəcək.
Fanat.Az xəbər verir ki, Serbiya ilə oyun artıq razılaşdırılıb - görüş martın 21-də "Dinamo" stadionunda baş tutacaq.
"RB Sport"-un məlumatına görə, dörd gün sonra - martın 25-də eyni məkanda keçiriləcək ikinci qarşılaşmada rəqib Latın Amerikası yığması ola bilər.
Hələlik razılıq əldə olunmayıb, danışıqlar prosesi davam edir.
Qeyd edık ki, UEFA və FİFA-nın sanksiyalarına görə Rusiya millisi yalnız yoldaşlıq oyunları keçirə bilər.
Mirağa