"Beşiktaş"ın futbolçusu Vensan Abubakar karyerasını MLS-də davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, məlumatı "Africafoot" yayıb.
Xəbərə görə, kamerunlu forvard "Los Anceles Qalaksi"nin diqqət mərkəzindədir. MLS təmsilçisinin tezliklə İstanbul klubu ilə danışıqlara başlayacağı bildirilir.
Qeyd edək ki, Abubakar cari mövsüm "Beşiktaş" forması ilə 22 rəsmi matçda 11 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Nahid Məmmədov