Qana yığması baş məşqçisiz qalıb.
Fanat.Az xəbər verir ki, sözügedən ölkənin futbol assosiasiyasının mətbuat xidməti baş məşqçi Kris Hyütonun istefaya göndərildiyini açıqlayıb.
Bu qərar milli komandanın Afrika Millətlər Kubokunun pley-off mərhələsinə çıxmaq şansını itirməsindən dərhal sonra verilib.
Qana 2 xalla B qrupunda üçüncü yerdə qərarlaşıb. Mavritaniyanın Əlcəzair üzərində 1:0 hesablı qələbəsindən sonra qanalıların final mərhələsinə yüksəlmək şansı qalmayıb.
Mirağa