"Barselona"nın prezidenti Joan Laporta "Real Madrid"in hakimlərin köməyi ilə xallar qazandığını deyib.
Fanat.Az xəbər verir ki, "Mundo Deportivo" klub prezidentinin sözlərini belə çatdırıb:
"Rəqibimizin hakim qərarlarından yararlanaraq qazandığı xallar var. Təbii ki, klub olaraq hərəkətə keçmək lazımdır. Komandamız yaxşı işləyir. Bunun da nəticəsini tezliklə görəcəyimizə əminəm. Bazar günü "Santyaqo Bernabeu"da qəbul edilən qərarlarla daha rəqabəti korlaya bilməzsiniz. Biz həmişə buna qarşı mübarizə aparırıq. Biz federasiyaya rəsmi şikayət etmişik".
Qeyd edək ki, 2003-2010-cu illər aralığında da Kataloniya təmsilçisinin prezidenti olmuş Laporta 2021-ci ildən postuna qayıdıb.
Nahid Məmmədov