Misli Premyer Liqasında qış fasiləsi başa çatdı. Azərbaycan klubları çempionatdakı mübarizəyə qaldıqları yerdən davam edirlər. İlk turda qeyd alınan nəticələrə əsasən demək olar ki, komandaların nə güclərində, nə də iddialarında ciddi dəyişiklik yoxdur. Yəni ki, hər kəs öz yerinə sadiqdir.
“Sabah” – “Neftçi” 0:0
“Sabah”: 55. Nicat Mehbalıyev, 4. Elvin Camalov (k), 17. Tellur Mütəllimov, 9. Anatoli Nuriyev, 8. Ayaz Quliyev, 24. Maruan Hadudi, 14. İshak Belfodil, 7. Boyan Letiç, 44. Sofian Çakla, 70. Jesse Sekidika, 12. Vensan Till.
Ehtiyat oyunçular: 1. Yusif İmanov, 16. Rüstəm Samiqullin, 10. Namik Ələskərov, 5. Rəhman Daşdəmirov, 6. Abdulla Xaybulayev, 88. Xəyal Əliyev, 53. Fəxri Məmmədli, 15. Kristian da Silva, 18. Davit Volkov, 19. Emmanuel Apeh, 27. Jarl Marqarita.
Baş məşqçi: Murad Musayev.
“Neftçi”: 93. Rza Cəfərov, 8. Emin Mahmudov (k), 14. Eddi İsrafilov, 17. Rəhman Hacıyev, 19. Azər Salahlı, 4. Mark Tamaş, 6. Dieqo Valdes, 99. Ervin Koffi, 44. Yuri Matias, 9. Andre Şinyaşiki, 77. Yeqor Boqomolski.
Ehtiyat oyunçular: 1. İvan Brkiç, 30. Aqil Məmmədov, 10. Filip Ozobiç, 2. Qara Qarayev, 3. Höccət Haqverdi, 26. Ömər Buludov, 37. Elton Əlibəyli, 28. Turan Vəlizadə, 41. Samir Həsənov, 91. Ağadadaş Salyanski, 16. Lukas Melano, 28. Alfa Konte.
Baş məşqçi: Miodraq Bojoviç.
FİFA referisi Əliyar Ağayevin idarə etdiyi qarşılaşma Masazırda kifayət qədər şiddətli küləyin və soyuq havanın müşayəti ilə keçirildi. Görünür, həm hava şəraiti, həm də 3-cü dövrəyə məğlubiyyətlə başlamağın qorxusu komandaların oyun tempinə də təsir göstərdi. Nə meydan sahibi “Sabah”, nə də yeni baş məşqçinin rəhbərliyi ilə ilk rəsmi oyuna çıxan “Neftçi” qol vurmaq üçün ciddi risk etmədi. Oyundakı ən real qol şansı ilk yarıda Emin Mahmudovun “ayağına düşdü”. Kapitanın elə də qüvvətli olmayan zərbəsindən sonra top dirəyə dəyərək meydanı tərk etdi. Yeri gəlmişkən, Miodraq Bojoviçin “Neftçi”yə yeni ruh gətirmək üçün cəhd etdiyi hiss olunurdu. Amma qısa müddətdə böyük dəyişikliklərin baş verməsi onsuz da inandırıcı görünmür.
Qolsun bitən qarşılaşmadan sonra tərəflər hər ikisi aktivinə yazdığı 1 xaldan razı görünürdülər. 29 xallı “Neftçi” “Sumqayıt”ın qələbə qazanmasından sonra 4-cü pilləyə “sürüşdü”. 23 xalı olan “Sabah” isə 7-ci sırada yer alıb.
“Səbail” – “Zirə” 0:0
“Səbail”: 12. Hüseynəli Quliyev, 5. Adil Nağıyev (k), 74. Yusif Nəbiyev, 17. Rafael Məhərrəmli, 11. Rüfət Abdullazadə, 88. Valdemar Almeyda, 4. Adi Mehremiç, 9. Aleksandr Ramalinqom, 27. Pedro Nuno, 3. Silvayin Deslandes, 21. Anas Najah
Ehtiyat oyunçular: 25. Nicat Məmmədzadə, 6. Cabir Əmirli, 15. Vüqar Həsənov, 8. Bahadur Həziyev, 19. Samir Abdullayev, 38. Zeynəddin Abdurahmanov, 34. Taleh Qarayev, 16. Emin Rüstəmov, 7. Madi Queta, 44. Yadin Luqasi
Baş məşqçi: Şahin Diniyev
“Zirə”: 97. Tiaqo Silva, 10. Rəhim Sadıxov, 32. Qismət Alıyev (k), 16. Fuad Bayramov, 29. Ceyhun Nuriyev, 5. Stefan Aka, 4. Ruan Renato, 23. Rafael Utziq, 15. Pyer Zebli, 28. Abbas İbrahim, 19. Salifu Suma
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 50. Səlim Həşimov, 8. İlkin Muradov, 21. Hacıağa Hacılı, 11. Rüstəm Əhmədzadə, 66. Pərviz Azadov, 52. Emil Bayramov, 87. İlqar Əhmədov, 64. Mahmud Ağayev, 9. Vladislav Kulaç, 70. İssa Cibrila
Baş məşqçi: Rəşad Sadıqov
Turun ikinci oyununda da hesab açılmadı. Bayıldakı “ASCO Arena”ya gələn azarkeşlər də qol izləyə bilmədilər. Sanki Masazırdakı qarşılaşmanın davamı oynanıldı. Düzdür, bir epizodda “Zirə”nin lehinə penalti təyin edilə bilərdi. Amma nə görüşün baş hakimi Fərid Hacıyev, nə də ki, onun VAR-da oturan həmkarları bu qənaətdə olmadılar. Sözsüz ki, bu da “Zirə”nin baş məşqçisi Rəşad Sadıqovun ciddi narazılığına səbəb oldu. Bununla belə sonrakı narazılıqlar görüşün taleyinə heç bir təsir göstərmədi. Görünən o idi ki, həm “Səbail”, həm də “Zirə” üçün qış fasiləsindən sonrakı ilk oyunda uduzmamaq vacib sayılırdı. Ona görə də tərəflər soyuq havada “möhkəm isinmək” üçün xüsusi canfəşanlıq etmək, riski gözə almaq fikrinə düşmədilər.
Bayılda qazandığı 1 xal “Zirə”nin ikinci pillədəki yerini qorumasına kifayət etdi. 27 xalla 5-ci sırada yer alan “Səbail” ilk “üçlük”dən o qədər uzaqda deyil.
“Kəpəz” – “Turan Tovuz” 2:1
Qollar: Şakir Seyidov, 25. Martins Junior, 71 - Ayxan Hüseynov, 4.
Qırmızı vərəqə: Faiq Hacıyev, 11.
“Kəpəz”: 96. İqor Rodriqes, 29. Amil Yunanov, 14. Elçin Əlicanov, 4. Vüsal Məsimov, 88. Şakir Seyidov, 91. Latir Fal, 25. Georgi Papunaşvili, 9. Mate Kvirkviya, 78. Yeqor Xvalko (k), 24. Olavale Onanuqa, 21. Martins Junior
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 18. Elgün Bayramov, 3. Vurğun Hüseynov, 10. Tural Rzayev, 99. Əli Səmədov, 8. Elmir Tağıyev, 20. Mahir Həsənov, 6. Nemət Musayev, 33. Camal Cəfərov, 22. Rüfət Əhmədov, 15. Cavad Kərimov, 26. Adama Niane
Baş məşqçi: Adil Şükürov
“Turan Tovuz”: 85. Kamal Bayramov (k), 88. Faiq Hacıyev, 2. İsmayıl Zülfüqarlı, 8. Fərid Yusifli, 5. Roderik Miller, 23. Alexandro Serrano, 7. Luis Paçu, 25. Denis Marandiçi, 6. Bruno Qonçalves, 80. Otto Con, 11. Ayxan Hüseynov
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 1. Tərlan Əhmədli, 3. Tərlan Quliyev, 4. Şəhriyar Əliyev, 14. Slavik Alxasov, 18. Budaq Nəsirov, 99. Veysəl Rzayev, 33. Eltun Turabov, 97. Sadiq Şəfiyev, 15. Emmanuel Hakman, 9. Belajdi Pusi, 21. Aleks Souza
Baş məşqçi: Ayxan Abbasov
Bu dəfəki “qərb derbisi” Qəbələdə baş tutdu. Onsuz da azarkeşlər son vaxtlar “Kəpəz”in didərgin həyatı yaşamasına vərdiş ediblər. Doğma şəhərdəki stadion təmirə bağlandığından “Kəpəz” bir müddət rəqiblərini Tovuzda qəbul etdi. “Turan Tovuz”la qarşılaşma isə Qəbələdəki stadiona təyin edilmişdi. Kifayət qədər gərgin keçən qarşılaşmada azarkeşlər həm baxımlı qollar, həm də sərt oyun izlədilər. Təsadüfi deyil ki, 4-cü dəqiqədə hesabı açan nominal qonaqlar bundan 7 dəqiqə sonra azlıqda qaldılar. Faiq Hacıyev 11-ci dəqiqədə Amil Yunanova qarşı hədsiz kobud oynadığına görə meydandan qovuldu. Xoşbəxtlikdən həmin epizodda Amilin ayağı sınmadı.
Say üstünlüyü qazanan “Kəpəz” 25-ci dəqiqədə Şakir Seyidovun qoluyla hesabı bərabərləşdirdi. 71-ci dəqiqədə Junior “Kəpəz”in qələbə topunu vurdu. 50-ci dəqiqədə Vüsal Məsimov da rəqib açıq ayaqla “girdiyinə” görə meydandan qovula bilərdi. Amma hakimlər “Kəpəz”in futbolçunu “bağışladılar”. Bu da “Turan Tovuz”un ciddi narazılığına səbəb olub.
Maraqlıdır ki, qərb təmsilçiləri turnir cədvəlində də qonşudular. “Kəpəz” 17 xalla 9-cu, “Turan Tovuz” isə 22 xalla 8-ci pillədə yer alıb.
“Qəbələ” – “Sumqayıt” 0:1
Qol: Kazimir Ninqa, 74-pen.
“Qəbələ”: 13. Kristof Atanqana, 34. Urfan Abbasov (k), 28. Murad Musayev, 14. Ülvi İsgəndərov, 12. Nicat Əliyev, 7. Emil Səfərov, 20. Bilel Auaşeriya, 4. Lukas Afriko, 9. Əyyub Allaş, 72. Osama Xalayla, 8. Gilad Abramov
Ehtiyat oyunçular: 1. Rəşad Əzizli, 36. Elməddin Sultanov, 11. Asif Məmmədov, 2. İlkin Qırtımov, 33. Hüseyn Mürsəlov, 18. Mehrac Baxşalı, 71. Sənan Ağalarov, 27. Eşqin Əhmədov, 3. Zurab Oçiqava, 17. Yaovi Akakpo
Baş məşqçi: Elmar Baxşıyev
“Sumqayıt”: 1. Mehdi Cənnətov, 14. Elvin Bədəlov (k), 7. Rövlan Muradov, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 19. Roi Kehat, 11. Kasimir Ninqa, 12. Abu Dosso, 4. İsa Suliman, 10. Kamran Aliev, 71. Masaki Murata
Ehtiyat oyunçular: 15. Orxan Sadıqlı, 32. Murad Ağamalıyev, 30. Kamran Quliyev, 20. Ayxan Süleymanlı, 21. Nihad Əhmədzadə, 41. Uğur Cahangirov, 35. Sənan Muradlı, 9. Erik Sorqa, 60. Tresor Mossi
Baş məşqçi: Samir Abasov
“Qəbələ” heç də yaxşı günlərini yaşamır. Bir vaxtlar çempionluq uğrunda mübarizə aparan, avrokuboklarda tarix yazan “qırmızı qaralar” indi sonuncu pillədən qurtulmağın yollarını axtarır. Bu tur “Sumqayıt”a doğma meydanda uduzan “Qəbələ” öz vəziyyətini bir qədər də pisləşdirdi. “Sumqayıt”a qələbə gətirən qolu Ninqa 74-cü dəqiqədə penalti zərbəsindən dəqiq istifadə etməklə vurdu. Heç də təccüblü deyil ki, görüşün baş hakimi Kamal Umudlunun penalti təyin etməsi də kifayət qədər müzakirələrə səbəb oldu. Amma digər qarşılaşmalarda olduğu kimi, bu cür müzakirələr, cavabsız suallar nəticəni dəyişmək üçün yetərli deyil.
Qələbə sayəsində xalını 30-a yüksəldən “Sumqayıt” 3-cü pilləni “Neftçi”nin əlindən aldı. 14 xallı “Qəbələ” isə hələ də sonuncu pillədədir.
“Qarabağ”– “Araz-Naxçıvan” 3:1
Qollar: Numan Kurdiç, 6-öz qapısına. Abdullah Zubir, 21; 61 - Məhəmməd Kadiri, 71.
“Qarabağ”: 99. Andrey Lunyov, 55. Bədavi Hüseynov (k), 24. Aleksey İsayev, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 10. Abdullah Zubir, 7. Yassin Benzya, 18. Olavio Juninyo, 2. Mateus Silva, 6. Julio Romao, 15. Leandro Andrade.
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 20. Riçard Almeyda, 5. Maksim Medvedev, 30. Abbas Hüseynov, 27. Toral Bayramov, 90. Nəriman Axundzadə, 29. Marko Veşoviç, 17. Hamidu Keyta, 11. Adama Diakabi, 19. Redon Cica.
Baş məşqçi: Qurban Qurbanov.
“Araz-Naxçıvan”: 12. Kristian Avram, 6. Vadim Abdullayev, 39. Tural Bayramlı, 3. Turan Manafov, 2. Abdulla Rzayev, 9. Elvis Maşike, 23. Nuno Rodriqes, 42. Məhəmməd Kadiri, 14. Miço Kuzmanoviç, 4. İqor Ribeyro, 27. Numan Kurdiç (k).
Ehtiyat oyunçular: 91. Semir Bukviç, 1. Vüsal Şabanov, 10. Orxan Əliyev, 7. Nicat Süleymanov, 22. Elçin Mustafayev, 17. İldar Ələkbərov, 55. Zamiq Əliyev, 88. Tuqay Əlizadə, 11. Ramin Nəsirli, 13. Mirəli Əhmədov, 19. Aksel Nqando.
Baş məşqçi: Azər Bağırov.
2-ci dövrədə “Qarabağ”ı büdrədən “Araz Naxçıvan” bu dəfə “Qarabağ”a müqavimət göstərə bilmədi. Artıq 6-cı dəqiqədə Kurdiç topu öz qapısına göndərməklə “Qarabağ”ın işini asanlaşdırdı. Meydana və topa nəzarəti əldən buraxmayan “köhlən atlar” 21-ci dəqiqədə ikinci dəfə azarkeşlərini sevindirdi. Həmin qolun müəllifi olan Zubir 61-ci dəqiqədə “dubl”unu rəsmiləşdirdi. Bununla da “Qarabağ”ın üstünlüyü 3 topa çatdı. Hesabdakı üstünlük “Qarabağ”ı bir qədər arxayınlaşdırdı ki, Kadiri Lunyovun qoruduğu qapıya yol tapdı. Amma “Araz Naxçıvan”ın gücü bundan artığına çatmadı.
3:1 hesablı qələbəylə “Qarabağ” “Misli” Premyer Liqasında rəqib tanımadığını bir daha göstərdi. 44 xallı “Qarabağ” turnir cədvəlinə inamla başçılıq edir. 26 xalı olan “Araz Naxçıvan” isə 6-cı sırada qərarlaşıb.
Amal Abuşov