Kərim Benzema karyerasını İstanbul nəhəngində davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, məlumatı "Fotospor" yayıb.
Xəbərə görə, "Qalatasaray" ın icraçı direktoru Erden Timur fransalı hücumçunun meneceri ilə əlaqə saxlayıb və cari mövsümün sonuna qədər icarə müqaviləsini müzakirə edib.
Qeyd edək ki, Benzema 2023-cü ilin yayında "Əl-İttihad"a keçib. Onun Səudiyyə Ərəbistanı klubundan ayrılacağı gözlənilir. Fransalı forvard cari mövsüm klubunun forması ilə 20 matça çıxaraq 12 qol vurub və 5 məhsuldar ötürmə edib.
Nahid Məmmədov