"Səbail" Misli Premyer Liqasının XX turunda "Turan Tovuz"la qarşılaşacaq.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, paytaxt təmsilçisi səfər matçına ciddi itkilərlə çıxacaq.
Uzun müddətə sıradan çıxan Ağabala Ramazanovla David Qomesə, son oyunda iştirak etməyən Səlahət Ağayev, Süleyman Əhmədov və Nir Bardea da qoşulub.
Beş zədəli oyunçudan başqa, Yadin Luqasi də Tovuzda komandaya kömək etməyəcək. İsrailli futbolçu "Zirə" ilə matçda sarı vərəqə almaqla cəzalı duruma düşüb. Bu onun cari mövsümdə üzləşdiyi 4-cü xəbərdarlıq olub. "Zirə" ilə matçın 89-cu dəqiqəsində əvəzetmədən oyuna qoşulmasına baxmayaraq, bu onun "sarı" alıb cəzalı duruma düşməsinə mane olmayıb.
Qeyd edək ki, "Səbail" 19 turdan sonra 27 xalla 5-ci yerdə qərarlaşır.
Mirağa