"Çelsi" klubu Liqa Kubokunun yarımfinal mərhələsinin cavab oyununda "Midlsbro"nu inamla məğlub edib.
Fanat.Az xəbər verir ki, Maurisio Poçettinonun yetirmələri rəqib qapısına 6 qol vurub, Çempionşip təmsilçisinin gücü təsəlli topuna (6:1) çatıb.
"Opta"nın hesablamasına görə, londonlular 10-cu dəfə İngiltərə Liqa Kubokunun finalında oynayacaq ki, bu, yarış tarixində ikinci göstəricidir. Yalnız “Liverpul”un daha çox finalı var (13).
“Liverpul” tezliklə bu göstəricini yaxşılaşdıra bilər. “Fulhem”lə yarımfinal mərhələsinin cavab görüşü bu gün keçiriləcək (mersisaydlılar ilk oyunda 2:1 hesabı ilə qalib gəlib).
Mirağa