Almaniya Bundesliqasının lideri "Bayer Leverkuzen" "Real Betis"in hücumçusu Borxa İqlesiası transfer etməyə çox yaxındır.
Fanat.Az xəbər verir ki, informasiyanı tanınmış insayder Fabritsio Romano yayıb.
Mənbənin məlumatına görə, tərəflər arasında danışıqlar son mərhələyə yaxınlaşır. Sövdələşmənin bu gün razılaşdırılacağı bildirilir.
Leverkuzen klubu 31 yaşlı oyunçunu sonradan 8 milyon avroya satın alma maddəsi ilə, mövsümün sonuna qədər icarəyə götürəcək. İspan özü də həmyerlisi Xabi Alonsonun komandasında qüvvəsini sınamaq istəyir. "Bayer" onu zədəli Viktor Bonifasın əvəzləyicisi kimi görür.
Borxa İqlesias bu mövsüm "Real Betis"in heyətində 18 oyunda meydana çıxaraq 2 qol vurub və 2 məhsuldar ötürmə edib.
Mirağa