"Real Madrid"in və İngiltərə millisinin sabiq çalışdırıcısı Fabio Kapello hansı mütəxəssisi dünyanın ən yaxşı baş məşqçisi saydığını açıqlayıb.
Fanat.Az xəbər verir ki, "Marca" onun dediklərini belə çatdırıb:
"Karlo Ançelotti dünyanın ən yaxşı baş məşqçisidir. O, işlədiyi bütün klublarda uğur qazanmağı bacarıb. Ançelotti çox ağıllı mütəxəssisdir. Karlonun etdiyini edə blmək çətin məsələdir. Ançelotti yalnız bir sistemə güvənmir və həmişə futbolçuları oyunlara kökləməyi bacarır".
Xatırladaq ki, Ançelotti 2021-ci ildən növbəti dəfə "Real Madrid"in "sükanı arxası"ndadır.