Ötən ilin sonunda vəfat edən braziliyalı üçqat dünya çempionu Pelenin məzarı açıla bilər.
Fanat.Az xəbər verir ki, informasiyanı "Derbyderbyderby.it" yayıb.
Mənbənin məlumatına görə, mərhumun qızı olduğuna inanan qadın onun cəsədinin eksqumasiyasını tələb edir. 60 yaşlı Maria Socorro de Azevedonun apardığı testlər göstərib ki, onun həqiqətən də belə bir fikrə əsasları var. Lakin onları yoxlamaq üçün ətraflı DNT testi aparmaq lazımdır. Qadının vəkili ekskumasiyanı tələb edib. Eyni zamanda Pelenin ailəsi işin bu gedişinə kəskin şəkildə qarşı çıxıb.
Xatırladaq ki, Pele 2022-ci il dekabrın 29-da vəfat edib.
Mirağa