"Əl-İttihad"ın hücumçusu Kərim Benzema Səudiyyə Ərəbistanı klubundan ayrıldığı ilə bağlı yayılan informasiyalara münasibət bildirib.
Fanat.Az xəbər verir ki, komandasının son matçlarında və məqşlərində olmayan 36 yaşlı futbolçunun dediklərini "L'Equipe" belə çatdırıb:
"Mətbuat nümayəndələri artıq nə uydurmalı olduqlarını belə, bilmirlər. Bu, doğru informasiya deyil".
Xatırladaq ki, ötən ilin yayında "Real Madrid"dən ayrılaraq "Əl-İttihad"la azad agent qismində müqavilə bağlayan Benzema indiki klubunun forması ilə 24 matça çıxıb. Bu qarşılaşmalarda 15 qol vuran Benzema 5 məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat