Rusiya millisinin və "Rostov"un baş məşqçisi Valeri Karpinin xanımı Darya Karpina ölkəni tərk edib.
Fanat.Az xəbər verir ki, uşaqları da özü ilə aparan Darya hara yollandıqlarını sosial şəbəkə hesablarında açıqlayıb:
"Biz həmişə Estoniyada yaşamışıq. Ərimin işi ilə bağlı müvəqqəti olaraq Rostovda məskunlaşmışdıq. Qızlarımız böyüyüblər, məktəbə hazırlaşmalıyıq. Həm də Anita artıq 1 ildir ki, Estoniyada bizsiz yaşayır. İndi geri qayıdırıq. Valeri yayda "Rostov"dan ayrılmaq istəyir? Yox, mən və qızlarımız Tallinə köçürük".