"Liverpul"un futbolçusu Endryu Robertsonun son vəziyyəti bəlli olub.
Fanat.Az BBC-yə istinadən xəbər verir ki, komandanın baş məşqçisi Pep Leynders 29 yaşlı oyunçunun zədəsini sağaldaraq sıraya döndüyünü deyib:
“Endryu 13 həftə idi ki, sıradan çıxmışdı. O, dünən komanda ilə çalışdı. Əlbəttə, hər şeyin qaydasında olduğundan əmin olmaq üçün cərrahla görüş keçirilib”.
Xatırladaq ki, şotlandiyalı futbolçu ötən ilin oktyabrında, millinin heyətində zədələnmişdi.