Məşhur italiyalı mütəxəssis Fabio Kapellonun "Barselona" barədə açıqlaması gündəm olub.
Fanat.Az "Marca"ya istinadən xəbər verir ki, "Real Madrid"in 77 yaşlı sabiq çalışdırıcısı belə danışıb:
"Xavinin "Barselona"dakı əsas problemi Robert Levandovskidir. Levandovski ümidləri tam şəkildə doğrulda bilmir. Sirr deyil ki, o, "Barselona"da öz səviyyəsində oynamır. Bu, çox önəmli məqamdır".
Xatırladaq ki, polşalı forvard 2022-ci ilin yayında "Bayern Münhen"i "Barselona"ya dəyişib. Cari mövsüm Kataloniya təmsilçisinin forması ilə 18 La Liqa matçına çıxan Robert 8 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat