Braziliya prezidenti Dilma Russef Resifi şəhərində "Pernambuku Arena" stadionunun açılışını edib.
İdman24.az-ın məlumatına görə, 590 milyon dollara başa gələn stadion 2014-cü ildə ölkədə keçiriləcək Dünya Çempionatının 5 oyununu qəbul edəcək.
46 min tamaşaçı tutumuna malik olan stadion Dünya Çempionatını qəbul edəcək arenalar içəruisində ən bahalısı hesab olunur.
Qeyd edək ki, mundialın keçirilməsi üçün tikilən ilk 6 arena 2012-ci ilin dekabrında açılıb. Digər 6 stadion isə ilin sonuna kimi açılmalıdır.
İdman24.az