“Qarabağ” layiqli qələbə qazandı. Bizim səviyyəmiz rəqib qarşısında çatmadı”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Metallurq”un baş məşqçisi Srcan Zahariyevski deyib.
O, Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyun günüdə “Qarabağ”a 1:0 hesablı məğlubiyyətə şərh verib: “Bunun səbəblərindən biri ondan ibarətdir ki, Makedoniya klubları və Avropada autsayderlər hazırlığa tez başlayırlar. Oyunçular kifayət qədər istirahət edə bilmir. Oyuna hazırlaşmaq üçün onlar məşqlərə başlamağa məcbur olurlar. Bizə fikirləşmək lazımdır. Amma mən bəraətlər axtarmıram. “Qarabağ” özünü yaxşı tərəfdən göstərdi. Biz Azərbaycanda keçiriləcək cavab matçında rəqibi təəccübləndirməyə çalışacağıq”
İdman24.az