"Bayern Münhen"in cari mövsümün sonunadək "Tottenhem"dən icarəyə götürdüyü Erik Dayer Almaniya nəhənginin sıralarında debüt etdiyi oyunu dəyərləndirib.
Fanat.Az xəbər verir ki, Almaniya Bundesliqasının 18-ci turunda "Union"a qarşı matçda (1:0) meydanda olan müdafiəçi fikirlərini klubun rəsmi saytına bölüşüb:
"Bayern" məni isti qarşıladı. Oyuna mental baxımdan hazır idim. Yaxşı oynadıq, az top itirdik. Əlbəttə, çoxsaylı qol vəziyyətləri yaratmağı hədəfləmişdik, ancaq əsas məqsəd qələbə idi. İndilik mənim üçün hər şey yaxşı gedir. Debüt etdiyim üçün qürurluyam. Çox xoşbəxtəm".