"Mançester Yunayted"in vingeri Antoninin İngiltərə təmsilçisində qalıb-qalmayacağı dəqiqləşib.
Fanat.Az xəbər verir ki, "Mirror" sözügedən oyunçunun agenti Junior Pedrozonun dediklərini belə çatdırıb:
"Mançester Yunayted" rəsmiləri bizə Antoninin bu qış və ya mövsümün sonunda satılmasını istədikləri barədə heç nə deməyiblər. Müştərim mövsümün qalan bölümünə köklənib və öz oyununu yaxşılaşdırmaq istəyir. O, özünü yaxşı tərəfdən göstərməlidir".
Qeyd edək ki, cari mövsüm İngiltərə Premyer Liqasında 17 matça çıxan Antoni məhsuldar göstəricilərlə yadda qalmayıb. Onun MY ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulub.