"Aston Villa"nın futbolçusu Con Duran karyerasını London nəhəngində davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, məlumatı "Telegraph" yayıb.
Xəbərə görə, kolumbiyalı hücumçu "Çelsi"nin diqqət mərkəzindədir.
Qeyd edək ki, Duran cari mövsüm "Aston Villa" forması ilə 23 rəsmi matçda 4 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Nahid Məmmədov