UEFA-nın direktoru Zvonimir Boban postunu tərk edib.
Fanat.Az xəbər verir ki, məlumatı qitə futbol qurumunun mətbuat xidməti yayıb.
Tərəflərin qarşılıqlı razılıq əsasında əməkdaşlığa son qoyduğu bildirilib.
Xatırladaq ki, Boban 2021-ci ildən UEFA-nın direktoru vəzifəsində çalışırdı. O, 2016-2019-cu illər aralığında FİFA-nın baş katibinin müavini qismində də fəaliyyət göstərib.