İcarə əsasında "Roma"da çıxış edən "Çelsi"nin hücumçusu Romelu Lukaku Səudiyyə Ərəbistanı çempionatı barədə fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, belçikalı forvardın dediklərini tanınmış insayder Fabritsio Romano şəxsi "X" hesabı üzərindən belə çatdırıb:
“Düşünürəm ki, yaxın iki ildə Səudiyyə Ərəbistanı liqası dünyanın ən yaxşılarından birinə çevriləcək. Bütün Səudiyyə klubları məşhur futbolçuları sıralarına cəlb etmək üçün çox səy göstərirlər. Onlar əhəmiyyətli dərəcədə inkişaf edirlər. Pro Liqanın dünyanın ən yaxşısı olmaq üçün hər cür şansı var”.
Qeyd edək ki, Lukaku cari mövsüm "Roma"nın sıralarında bütün turnirlərdə 26 oyuna çıxıb. Bu qarşılaşmalarda 15 qol vuran ulduz futbolçu 2 məhsuldar ötürmə ilə də yadda qalıb.