"Bayern Münhen"nın futbolçusu Dayo Upamekano sıradan çıxıb.
Fanat.Az "Bild"ə istinadən xəbər verir ki, 25 yaşlı müdafiəçi Bundesliqanın 13-cü turundan təxrirə salınan matçda - dünən keçirilən "Union"la görüşdə (1:0) zədələnib.
Münhen təmsilçisinin baş məşqçisi Tomas Tuxel qarşılaşmanın ardından sözügedən oyunçusunun durumuna belə aydınlıq gətirib: "Dayonun sıraya dönməsi günlər deyil, həftələr tələb edəcək".
Qeyd edək ki, Upamekano bu mövsüm "Bayern"in heyətində 22 matça çıxaraq 1 qol vurub.