"Real Madrid"in müdafiəçisi Eder Militao ağır zədədən sonra vəziyyətinin nə yerdə olduğunu açıqlayıb.
Fanat.Az xəbər verir ki, mövsümün əvvəlində xaçvari diz bağları qopduğu üçün uzun müddətə sıradan braziliyalı "Kral klubu"nun rəsmi saytına danışıb:
"Gündən-günə özümü daha yaxşı hiss edirəm. Mənə nəyi nəsləhət görürlərsə, onu da edirəm. Fizioterapevt və həkimlərin tələblərini yerinə yetirirəm. "Real" mənə çox kömək edir. Belə dəstəyin olması çox şey deməkdir. Ümidsizliyə qapılmaq üçün səbəb yoxdur".
Xatırladaq ki, Militao "Real"a 2019-cu ildə "Portu"dan transfer olunub.