"Napoli" heyətinə yeni futbolçu cəlb edib.
Fanat.Az xəbər verir ki, məlumatı klubun rəsmi saytı yayıb.
A seriyası təmsilçisi "Aston Villa"nın belçikalı yarımmüdafiəçisi Leander Dendonkeri transfer edib.
28 yaşlı futbolçu mövsümün sonuna qədər icarə əsasında "Napoli"də oynayacaq.
Qeyd edək ki, Leander bu mövsüm 15 matçda 1 qol vurub.