"Real Betis"in yarımmüdafiəçisi İsko karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, məlumatı AS nəşri yayıb.
Xəbərə görə, sözügedən ölkənin adı açıqlanmayan təmsilçisi artıq İspaniya klubunun rəhbərliyi ilə danışıqlara başlayıb. Mənbə31 yaşlı futbolçunun Sevilya təmsilçisi ilə müqaviləsindəki təzminat məbləğinin 20 milyon avro olduğunu və ərəblərin bu pulu ödəməkdə hər hansı problem görmədiklərini vurğulayıb.
Qeyd edək ki, cari mövsüm "Betis" forması ilə bütün turnirlərdə 27 matça çıxan İsko 6 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.