"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola zədəli futbolçusu Erlinq Holandın son durumuna aydınlıq gətirib.
Fanat.Az klubun saytına istinadən xəbər verir ki, mütəxəssis hücumçunun sağalmağa yaxın olduğunu, lakin İngiltərə Liqa Kuboku çərçivəsində "Tottenhem"ə qarşı bugünkü matçı buraxacağını bildirib:
“Holand sıralarımıza dönmək üzrədir. Ancaq "Tottenhem"lə matça qədər hazır olmayacaq. O, son 2 gündə bir neçə məşqə qatıldı. Lakin hələ də mükəmməl deyil. Bir qədər də gözləyəcəyik”.
Qeyd edək ki, bu gün keçiriləcək "Tottenhem" - "Mançester Siti" görüşü Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.