"Mançester Siti" futbolçusu Kalvin Filips "Vest Hem"ə keçib.
Fanat.Az "şəhərlilər"in rəsmi saytına istinadən xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi cari mövsümün sonunadək icarə əsasında "çəkicdöyənlər"in formasını geyinəcək.
İcarə müqaviləsi başa çatandan sonra London təmsilçisi Filipsin transfer hüquqlarına da yiyələnə biləcək.
Qeyd edək ki, sözügedən futbolçu 2022-ci ilin yayından "Mançester Siti"nin sıralarında idi. Cari mövsüm Mançester təmsilçisinin forması ilə 10 matça çıxan Kalvin 1 qol vurub.