Rusiyanın "Zenit" klubu yarımmüdafiəçisi Teteni sıralarına cəlb etmək üçün "Qalatasaray"a rəsmi təklif göndərib.
Fanat.Az xəbər verir ki, məlumatı şəxsi "X" hesabı üzərindən jurnalist Maykl Rinkon yayıb.
Xəbərə görə, rusların təklif etdiyi məbləğ İstanbul təmsilçisini qane etməyib. Mənbə türklərin braziliyalı vingeri azı 10 milyon avroya satmaq istədiklərini vurğulayıb.
Xatırladaq ki, 23 yaşlı Tete "Qalatasaray"a ötən ilin yayında azad agent qismində qoşulub. Cari mövsüm "aslanlar"ın forması ilə 27 matça çıxan cənubi amerikalı 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.