Əlcəzair Futbol Federasiyasından Zinəddin Zidana yeni təklif gəlib.
Fanat.Az xəbər verir ki, məlumatı "L'Equipe" yayıb.
Xəbərə görə, Afrika təmsilçisi fransalı mütəxəssisi baş məşqçi postuna gətirmək niyyətində olub. Lakin gənc çalışdırıcı məsələyə müsbət yanaşmayıb.
Qeyd edək ki, Zidan 2016-2018 və 2019-2021-ci illərdə "Real Madrid" in "sükanı arxasında" olub.
Nahid Məmmədov