Cari mövsümün sonunda "Liverpul"dan ayrılacağını açıqlayan Yürgen Kloppun yeni iş yerinin hara olacağı açıqlanıb.
Fanat.Az xəbər verir ki, məlumatı "Sport" yayıb.
Məlumata görə, "Barselona"nın prezidenti Joan Laporta alman mütəxəssisi Kataloniya təmsilçisinin "sükanı arxası"nda görmək istəyir. Mənbə Kataloniya təmsilçisinin Kloppa sərfəli təklif hazırladığını vurğulayıb.
Avropa mətbuatında yayılan digər xəbərlərdə isə Kloppun özünün "Barselona"nın baş məşqçisi olmaq variantına olduqca isti yanaşdığı iddia edilib.
Xatırladaq ki, cari mövsüm qeyri-sabit çıxışla diqqət çəkən "Barselona"nın baş məşqçisi Xavinin istefası gündəmdədir.