"Beşiktaş"ın futbolçusu Vensan Abubakar karyerasını Braziliya A Seirasında davam etdirə bilər.
Fanat.Az xəbər verir ki,məlumatı "Fanatik" yayıb.
Xəbər görə, kamerunlu forvard “Qremio”nun diqqət mərkəzindədir. İstanbul klubu təcrübəli hücumçunun transferindən 5 milyon avro qazanmağı hədəfləyib.
Qeyd edək ki, Abubakar cari mövsüm "Beşiktaş" forması ilə 22 rəsmi matçda 11 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Nahid Məmmədov