"Aston Villa" nın futbolçusu Nikolo Dzanyolo adının hallandığı qanunsuz mərc oyunları ilə bağlı maraqlı açıqlamalar verib.
Fanat.Az-ın məlumatına görə, "La Gazzetta dello Sport" təcrübəli yarımmüdafiəçinin sözlərini belə çatdırıb:
"Heç bir şey etmədən belə bir hekayənin içinə düşmək dəhşətlidir. Bu, kabus kimi idi. Mən heç vaxt futbol matçlarına pul qoymamışam, amma yenə də səhv etmişəm. Bunu inkar edə bilmərəm. Mən yalnız "bləkcek" oynamışam. Etiraf edirəm ki, səhv etmişəm, amma oynadığım platformanın qanunsuz olduğunu bilmirdim".
Qeyd edək ki, müqavilə ilə "Qalatasaray"a məxsus olan Dzanyolo cari mövsüm icarə əsasında formasını geyindiyi "Aston Villa"nın heyətində 2 rəsmi maçta çıxıb.
Nahid Məmmədov