Portuqaliya Liqa Kubokunun finalı baş tutub.
Fanat.Az xəbər verir ki, "Braqa" və "Eştoril" arasında görüşün əsas vaxt 1:1 hesabı ilə başa çatıb.
Penaltilər seriyasında "Qarabağ"ın Avropa Liqasının pley-offundakı rəqibi "Braqa" daha güclü olub - 5:4.
Bu, "Braqa"nın Portuqaliya Liqa Kuboku üçüncü qalibiyyəti olub.
“Qarabağ”ın “Braqa” ilə ilk oyunu fevralın 15-də səfərdə, cavab görüşü bir həftə sonra Bakıda olacaq.