Birinci Liqada mübarizə aparan "Zaqatala" qış hazırlıq mərhələsini yekunlaşdırmaq üzrədir.
Region təmsilçisinin baş məşqçisi Rüstəm Məmmədovla əlaqə saxlayıb komandasının hazırkı vəziyyətini öyrəndik.
Məmmədovun Fanat.Az-a açıqlaması belə oldu:
"Hazırlıqlar davam edir. Yeni baxışdan keçən oyunçular var. Ola bilsin ki, bir neçə futbolçu ilə müqavilə imzaladıq. Hər şey plan üzrə gedir. Sadəcə, hava şəraiti əlverişli olmadığından planlaşdırdığımız yoldaşlıq görüşlərinin hamısını keçirə bilmədik. "Qəbələ" ilə yoldaşlıq oyunu keçirdik. Matç məğlubiyyətimizlə yekunlaşdı. Dünənki yoldaşlıq görüşündə isə "Kürmük Qax"a qalib gəldik. Fevral ayının əvvəlinə daha bir yoldaşlıq görüşü keçirmək istəyirik. Bununla də qış fasiləsinə hazırlığı yekunlaşdıracağıq".
Nahid Məmmədov