"Brayton"un baş məşqçisi Roberto De Zerbi "Barselona"da oxşar vəzifəyə əsas namizəddir.
Fanat.Az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.
Xəbərə görə, bu vəzifəyə ikinci namizəd Kataloniya klubunun əvəzedici komandasının baş məşqçisi Rafael Markesdir. Xulen Lopeteqinin də "Barselona"ya rəhbərlik etmək şansları eynidir.
Qeyd edək ki, "Barselona"nın baş məşqçisi Xavi mövsümün sonunda komandadan ayrılacağını açıqlayıb.