Azərbaycan futbolunun istedadlı nümayəndələrindən biri Budaq Nəsirov növbəti mövsümü böyük ehtimalla “Araz Naxçıvan”da keçirəcək. Fanat.az xəbər verir ki, Tovuz futbol məktəbinin yetirməsi olan və bir müddət öncə “İstanbul Böyükşəhər Bələdiyyəspor” klubunda oynamış Nəsirov Muxtar Respublika təmsilçisinin baş məşqçisi Əsgər Abdullayevə çoxdan tanışdı.
Belə ki, Abdullayev hələ “Turan”da işləyərkən Budaqın istedadına bələd idi. Ona görə də Abdullayev gənc yarımmüdafiəçini “Araz Naxçıvan”a gətirməyi lazım bilib. Bu gün Naxçıvana gedən Budaq komanda ilə birgə məşqlərə başlayacaq. Hazırlıq Şərur Olimpiya Kompleksində həyata keçiriləcək.
Qeyd edək ki, Nəsirov müqavilə ilə “Bakı”ya məxsusdu. Bu mənada, onun “Araz Naxçıvan”da icarə əsasında oynayacağı gözlənilir.
Fanat.az