"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola komandanın norveçli hücumçusu Erlinq Holandın son vəziyyəti barədə danışıb.
Fanat.Az "The Atletic"ə istinadən xəbər verir ki, ispaniyalı çalışdırıcı uzun sürən zədədən sonra məşqlərə başlayan ulduz futbolçunun hazır olduğunu deyib:
“Holand son məşqlərdə iştirak edib və "Börnli" ilə oyunda meydana çıxa bilər. O, zədəsini tam sağaldıb”.
Aldığı zədə səbəbindən dekabrın 9-dan bəri "Mançester Siti"yə kömək edə bilməyən Erlinq cari mövsüm "şəhərlilər"in forması ilə bütün turnirlərdə 22 oyuna çıxıb. Skandinaviyalı oyunçu bu qarşılaşmalarda 19 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, "Mançester Siti" - "Börnli" matçı sabah keçiriləcək.